Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyi (MÜSİAD) arasında birgə Yol Xəritəsinə dair memorandum imzalanıb.

İmzalanma mərasimi 25-ci Beynəlxalq Biznes Forum (İBF) çərçivəsində baş tutub.

Sənəd Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı tərəfindən imzalanıb.