"Çin və Rusiya liderlərinin konsensusu iki ölkə arasında münasibətlərin inkişafı üçün əsas istiqamət olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

"Çin Rusiya tərəfi ilə qarşılıqlı fəaliyyətə hazırdır və iki dövlətin başçıları arasında əldə olunan konsensusa əsas istiqamət kimi əməl edəcək", - bəyanatda deyilir.

Rəsmi nümayəndə aydınlaşdırıb ki, Pekin Moskva ilə qarşılıqlı etimadın davamlı olaraq möhkəmləndirilməsində, ikitərəfli əməkdaşlığın genişləndirilməsində, Çin və Rusiya Federasiyası arasında dostluq ənənələrinin qorunub saxlanılmasında və ikitərəfli münasibətlərin yeni səviyyəyə yüksəlməsində maraqlıdır.

Lin Cian xatırladıb ki, bu il Çin-Rusiya diplomatik əlaqələrinin qurulmasından 75 il keçir.