Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ABŞ Prezidenti Co Bayden ilə Doha və Vaşinqtonun Qəzza zolağında münaqişənin həlli istiqamətində səylərini müzakirə edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə əmirlik rəhbərinin ofisi məlumat yayıb.

Bəyanatda qeyd edilir ki, tərəflər Qəzza zolağı və işğal olunmuş Fələstin ərazilərindəki son hadisələr ətrafında müzakirə aparıblar. 

Qətər əmiri və ABŞ Prezidenti həmçinin Qəzza zolağında müharibənin dayandırılmasına yönəlmiş birgə vasitəçilik səylərini müzakirə ediblər.