Azərbaycan bu ilin birinci yarısında 1 milyard dollar dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17% azdır.

Hesabat dövründə nəqliyyat vasitələri və onların hissələrinin idxalı Azərbaycanın ümumi idxalının 11,72 %-ni təşkil edib.

 

Gözəl Həşimova