Meymun çiçəyi virusu əvvəlkindən daha sürətlə yayılır və ölüm nisbəti yüksəkdir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu virus xüsusilə immuniteti zəif olanlar və uşaqlar üçün təhlükəlidir. Bildirilib ki, hazırda bu virus üçün xüsusi bir müalicə növü yoxdur

Qeyd edək ki, meymun çiçəyi virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virus təmas nəticəsində yayılır.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

 

Gözəl Həşimova