ABŞ-də 2024-cü ilin aprel ayında külək turbinlərinin istehsal etdiyi elektrik enerjisinin miqdarı kömürlə işləyən stansiyaların istehsal etdiyi elektrik enerjisinin miqdarını üstələyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin hesabatında deyilir.

Külək turbinləri 47,7 giqavat-saat elektrik enerjisi, kömürlə işləyən stansiyalar isə 37,2 giqavat-saat elektrik enerjisi istehsal edib. Ümumiyyətlə, ABŞ-də kömürlə işləyən elektrik stansiyalarının gücü azaldılır.