Kanada Parlamentinin İmmiqrasiya üzrə Daimi Komitəsi Ukraynadan olan qaçqınlar üçün vizaların ləğvinə səs verib.

Məlumata görə, Komitə üzvlərinin əksəriyyəti qətnamə layihəsini dəstəkləyib.

Layihə müvafiq komitə tərəfindən təsdiq edildikdən sonra parlamentə göndəriləcək. Bundan sonra qanuni qüvvəyə minməsi üçün qətnamənin deputatların əksəriyyəti tərəfindən təsdiqlənməsi lazımdır.