"Şimali Atlantika Alyansı (NATO) ölkələri dəstək verəcəyinə söz verdikləri yardımın yalnız yarısını Ukraynaya köçürüblər".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Rumıniya Prezidenti Klaus İohannis NATO-nun Vaşinqtonda keçirilən sammitində deyib.

"Hamımızın Ukraynaya köçürdüyü yardıma gəlincə, buna real baxmağın vaxtı çatıb: biz vəd etdiyimizin yalnız yarısını göndərmişik", - "Reuters" onun sözlərindən sitat gətirib. 

İyulun 3-də o, NATO üzv ölkələrinin gələn il Ukraynaya 40 milyard avroluq hərbi yardım ayırmağa razılaşdığını bildirib. Müvafiq sazişin iyulun 9-11-də keçiriləcək alyansın sammitində imzalanması gözlənilir.