Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Maliyyə və qiymətlər kafedrasının dosenti Yelena Voronkova ilin əvvəlində investisiya üçün ən yaxşı valyutaların adını açıqlayıb.

Onun sözlərinə görə, qlobal miqyasda məzənnələrin dəyişkənliyini nəzərə alaraq, dollar, avro və İsveçrə frankı valyuta səbətinə daxil edilə bilər.

Ekspert qeyd edib ki, İsveçrə frankı uzun illərdir ki, valyuta sığınacağı rolunu oynayır.

“İsveçrə frankı sabit iqtisadiyyata əsaslandığı üçün güclü dalğalanmalarla xarakterizə olunmur. Bu hal məzənnənin nisbətən müstəqil dinamikasını və ABŞ dollarına qarşı dünya valyutaları arasında ən yüksək dayanıqlığı formalaşdırır”, - deyə o bildirib.