Hindistan iqtisadiyyatının həcmi 2047-ci ilə qədər 55 trilyon dollara qədər böyüyə bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatında deyilir.

Bildirilib ki, qarşıdakı illərdə ümumi daxili məhsulun orta artım tempi 8% qorunub saxlanılarsa və inflyasiya 5%-dən aşağı olarsa, bu göstəriciyə çatmaq mümkündür.

Məlumata görə, Hindistan dünyada üçüncü ən böyük özəl müəssisə sisteminə malikdir.  BVF-nin proqnozuna görə, bu, hazırda özəl sektordan geridə qalan dövlət sektorunda məhsuldarlığın artımına təkan verəcək.

 

Gözəl Həşimova