Azərbaycan millisinin üzvü Emil Mustafayevin də çıxış etdiyi “Polesye” Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.

İqtisadiyyat.az xəbər verir ki, komanda 5-ci turda “Çernomorets”lə qarşılaşıb.

Görüş Mustafayevin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Emil meydana 63-cü dəqiqədə daxil olub.

“Polesye” 4 xalla turnir cədvəlində 2-cidir.