Bir neçə məntəqədə olduq. Müşahidə etdik ki, seçkilər demokratik standartlara uyğun keçirilib.

“Seçki 2024” Müstəqil Media Mərkəzinin xəbər verir ki, bunu Azərbaycanda parlament seçkilərini müşahidə edən Serbiya parlamentinin üzvü Jivota Starteviç deyib.

O bildirib ki, seçki prosesinə mane olan heç bir kütləvi toplanmaya rast gəlinmədi: "Proses sülh şəraitində oldu. Bizim müşahidə apardığımız məntəqələrdə heç bir qanunsuzluq olmadı. Mərkəzi Seçki Komissiyasının peşəkarlığı nəticəsində hər şey yüksək səviyyədə oldu. Mən istədiyim yoxlamaları apara bildim. Bu, demokratik şəraitin növbəti təzahürüdür".

Müşahidəçi söyləyib ki, məntəqə işçiləri peşəkarlıqla çalışırdılar: "Bu, göstərir ki, onlar lazımi təlimləri keçmişdilər".