Finlandiya çempionatında 22-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün komandası HJK da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə VPS-lə qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.

Ozan Can da bu görüşün iştirakçısı olub. 26 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 65-ci dəqiqədə əvəzlənib.

HJK hazırda 43 xalla 2-ci pillədə qərarlaşıb