Müdafiə Nazirliyi Xocavənd istiqamətində Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı açıqlama yayıb. 

Nazirliyin açıqlamasında deyilir:

“Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədli Cavidan Abduləziz oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olması faktını təsdiq edirik.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır”.