Füzuli şəhərində insan sümükləri aşkarlanıb.
Bu barədə “Global Photo Stock”un Füzuliyə ezam edilən əməkdaşına Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndəsi məlumat verib.
O bildirib ki, Füzuli şəhərində yerləşən peşə məktəbinin ətrafında 300 metrlik ərazidə kütləvi məzarlıq aşkar edilib:
“Məzarlıqda nə qədər insanın dəfn olunduğu hələlik məlum deyil. İstintaqın yekununda əldə edilən məlumatlar barədə ictimaiyyətə əlavə məlumatlar veriləcək. Hələ bu məzarların Birinci Qarabağ Müharibəsinə aid olub-olmadığı da məlum deyil”.