Bu gün Ferrari şirkəti 812 Superfast modelinin ekstremal versiyalarını - Competizione və Competizione A indeksini almış kupe və tarqanı təqdim edib.

Xatırladaq ki, bir müddət bundan öncə italyan istehsalçısı ekstremal superkarın şəkillərini dərc edərək, müəyyən məlumatı paylaşmışdı.

Ferrari hələlik avtomobillərin qiymətləri barədə məlumatla bölüşməyib. Üstəlik, kupe və kabrioletin hansı tirajla buraxılacağı da məlum deyil. Lakin yuxarıda sadalananları nəzərə alsaq avtomobillərin qiymətinin yüksək olacağını gözləmək olar. Bir də ki, 812 Competizione və 812 Competizione A modellərinin bütün tirajının satıldığını eşitsəniz təəccüblənməyin.