Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin nüvə qüvvələrini gücləndirilmiş döyüş hazırlığı vəziyyətinə gətirilməsi qərarından sonra rəsmi Pekin Moskvanı təmkinli olmağa çağırıb.

“Bütün tərəflər sakitliyi qorumalı, təmkinli olmalı və gərginliyin artmasından qaçmalıdır”, - deyə Çin XİN-in rəsmi nümayəndəsi Van Venbin bildirib.

Çin nümayəndəsi bildirib ki, rəsmi Pekin hərbi qarşıdurmanı aradan qaldırmaq və sülh yolu ilə siyasi həllə nail olmaq üçün bütün səyləri dəstəkləyir.