Cəlilabad rayonunda qarğıdalı yığımı yekunlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Report" rayon statistika idarəsindən məlumat verilib.

Belə ki, 91 hektar qarğıdalı sahəsindən 320 ton məhsul toplanıb. Ötən il isə, 24 hektardan 54 ton məhsul əldə olunub.

Bu il rayon ərazisində qarğıdalı sahələri ötən ilə nisbətən xeyli artırılıb. Bu özünü məhsul bolluğunda da göstərib.