Balıqçılıq qədim zamanlardan bəri dünya əhalisini qidalandırmağa kömək edib. Lakin həddindən artıq balıq ovu balıqçılıqla yaşayan yüz milyonlarla insanın dolanışıq vasitələrini təhdid edir.

İqtisadiyyat.az-ın araşdırmasına görə, balıq dünyada ən çox istehlak edilən qidalardan biridir və zaman keçdikcə daha da populyarlaşır.

Məlumata görə, ən çox balıqçılıqla məşğul olan ölkələr Çin, Hindistan və İndoneziyadır. Çin həmçinin 2018-ci ildə 31,6 milyard dollar gəlir əldə edərək dünyanın ən böyük balıq və dəniz məhsulları emalı sənayesinə ev sahibliyi edir.

Araşdırmalara əsasən, dünyada dəniz məhsulları bazarının növbəti bir neçə il ərzində əhəmiyyətli dərəcədə böyüyəcəyi gözlənilir. 2017-ci ildə qlobal dəniz məhsulları bazarı 125,2 milyard dollar olaraq qiymətləndirilib.

Balıq getdikcə artan qlobal əhalinin ərzaq təminatını təmin etməyə kömək edir. Qlobal balıq istehsalının həcmi 2022-ci ildəki 184,6 milyon tondan 2023-cü ildə 186,6 milyon tona yüksəlib. Beləliklə, ötən il dünyada balıq istehsalı rekord səviyyəyə çatıb.

İllər

İstehsal həcmi

2002

127,8 milyon ton

2003

127,2 milyon ton

2004

134,3 milyon ton

2005

136,4 milyon ton

2006

137,3 milyon ton

2007

140,7 milyon ton

2008

143,1 milyon ton

2009

145,9 milyon ton

2010

148,1 milyon ton

2011

155,5 milyon ton

2012

157,8 milyon ton

2013

162,9 milyon ton

2014

164,8 milyon ton

2015

169,2 milyon ton

2016

170,9 milyon ton

2017

172,6 milyon ton

2018

177,7 milyon ton

2019

177,8 milyon ton

2020

174,6 milyon ton

2021

178,1 milyon ton

2022

184,6 milyon ton

2023

186,6 milyon ton

 

Gözəl Həşimova