Dünyada taxıl qiymətləri indeksi iyul ayında əvvəlki ayla müqayisədə 3,8% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Təşkilat qiymətin aşağı düşməsini ardıcıl ikinci ay məhsulun ixrac qiymətlərinin azalması ilə izah edir.

FAO-nun Ərzaq Qiymətləri İndeksinin nəşrində təfərrüatlı şəkildə göstərildiyi kimi, Kanada və ABŞ-də buğda kotirovkalarının qiyməti məhsul yığımından sonra təmin edilən tədarük, eləcə də ümumilikdə əlverişli şərait fonunda azalıb.

Argentina və Braziliyada yaxşı məhsul yığımı səbəbindən qarğıdalı ixrac qiymətləri də aşağı düşüb.

FAO-nun məlumatına görə, dünya üzrə düyünün qiyməti isə 2,4% azalıb.

Bunun əksinə olaraq bitki yağının qiyməti iyun ayından bəri 2,4% artaraq altı ayın ən yüksək səviyyəsinə çatıb.

Qeyd olunub ki, ümumilikdə, iyul ayında dünya ərzaq qiymətləri üzrə texniki meyar dəyişməyib və bitki yağları, ət məhsulları və şəkərin beynəlxalq kotirovkalarının artması taxıl qiymətlərinin davamlı enişini kompensasiya edib.

 

Sadiq Cavadov