Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin (ADEA) Səngəçal və Gəncə filialllarının taxıl elevatorları əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, Agentlik bununla bağlı müvafiq işlərə başlayıb.

Qeyd edilib ki, təmir işləri elevatorların istismar müddətinin uzadılması və istismar keyfiyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.

Artıq ADEA təmir işlərinin layihə-smeta sənədlərini hazırlayacaq şirkət axtarışındadır.

ADEA əsaslı təmir işlərinin 264.300 manata başa gələcəyini ehtimal edir.