Bu ilin birinci yarısında Azərbaycandan 51,9 milyon dollar dəyərində 8,4 min ton fındıq ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ölkənin fındıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon dollar azalıb.

Əlavə edək ki, bu dövrdə Azərbaycanın qeyri-neft sektorunda fındıq ixracının payı 3.25% təşkil edib.

 

Gözəl Həşimova