İndoneziyanın Bali adası fevralın 4-dən xarici turistləri qəbul edəcək.

Bu barədə İndoneziyanın Dənizçilik və İnvestisiyalar üzrə əlaqələndirici nazir Luhut Binsar Pancaitan məlumat verib.

Bildirilir ki, müvafiq qərar COVID-19 pandemiyasından zərər çəkmiş İndoneziya adasının iqtisadiyyatının bərpasına kömək məqsədi daşıyır.

Nazir həmçinin bildirib ki, İndoneziya rəhbərliyi tam peyvənd olunmuş turistlər üçün karantin müddətini 7 gündən 5 günə endirmək qərarına gəlib.