“Azərenerji” ASC Füzuli və Cəbrayıl rayonlarında 4 obyektin tikintisinə icazə alıb.

İqtisadiyyat.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (DŞAK) istinadən xəbər verir.

Məlumata görə, bunlar həmin rayonlarda yerləşən 110/35/10 kV-luq "Füzuli" və 110/35/10 kV-luq "Cəbrayıl" yarımstansiyalarının ümumi idarəetmə binalarıı və nəzarət buraxılış məntəqələridir.

“Azərbaycan Elmi Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu" MMC-nin inşa edəcəyi obyektlərin tikintisinə DŞAK yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi icazə verib.