"Azərbaycan Hava Yolları" QSC (AZAL) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə reyslərinin sayını artırıb.

Bu barədə aviaşirkətdən bildirilib.

Məlumata görə, martın 17-dən 26-na qədər Bakıdan səhər saat 08:00-da, Dubaydan isə yerli vaxtla saat 12:00-da J2-115/J2-116 nömrəli əlavə reyslər həyata keçiriləcək. Bununla da, sərnişinlər günün əvvəlində səhər saatlarında çata biləcəklər.