Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

“Dünən Xarkovda mülki infrastrukturun atəşə tutulması müharibə qanunlarını pozur. Aİ bu dramatik anlarda Ukraynanın yanındadır”, - Borrell qeyd edib.