“Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək rütbəli və vəzifəli kadrlarının səlahiyyət hüdudsuzluğu qüsurlarının ortaya çıxmasından sonra, ölkə və cəmiyyətdə bu struktura suallar, fikirlər yaranır”.


“Yeni Sabah” xəbər verir ki, bunu siyasi analitik İlqar Altay deyib.

O, bildirib ki, FHN-nin struktur tərkibini araşdırıb və fərqli, təəccüb qalınası "nahənglik" aydın edilib. Nazirliyin tərkibində çoxsaylı müxtəlif və bu ixtisasa, sahəyə aidiyyətsiz qurumlar varmış: 

 Dövlət Yanğından Mühafizə Xidməti

 Dövlət Yanğın Nəzarəti Xidməti

 Mülki müdafiə qoşunları

 Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi

 Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi

 Su Ehtiyatları Dövlət Agentliyi

 Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi

 Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti

 Xüsusi Riskli Xilasetmə Xidməti

 Xəzər Hövzə Qəza-xilasetmə Xidməti

 Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi

 «İzotop» xüsusi kombinatı

 Əməliyyat-istintaq idarəsi

 Əsaslı Tikinti idarəsi

 Maddi-Texniki Təchizat İdarəsi

 Xüsusi Aviasiya dəstəsi

 Fövqəladə Hallar Nazirliyinin Akademiyası

 İdman-sağlamlıq klubu

 Tibb Xidməti

 Nazirliyin 9 regional mərkəzi:

Bakı, Sumqayıt, Şimal-qərb, Şimal, Gəncə, Aran

Muğan, Qarabağ, Cənub Regional Mərkəzləri. 

 Nazirlik strukturunda 8 baş idarə və 6 idarə:

 

- Fövqəladə halların xəbərdarlığı və daxili təhlükəsizlik Baş İdarəsi

- Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi

- Kadr siyasəti Baş idarəsi

- Maliyyə-iqtisadiyyat Baş idarəsi

- Baş əməliyyat idarəsi

- Mülki müdafiə işinin təşkili Baş idarəsi

- Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi

- Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi

- Hüquq idarəsi

- İctimaiyyətlə əlaqə idarəsi

- Beynəlxalq əlaqələr idarəsi

- Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi

- Komendant xidmətinin təşkili və texniki təminat idarəsi

- Nəzarət-təftiş idarəsi.

“Bunlardan əlavə heç bir nazirlikdə olmayan sayda - 8 müavin var. Və nə qədər də yüksək maaşlı, rütbə və vəzifəli generallar, zabitlər. Lazımlı-lazımsız xeyli bahalı xidməti maşınları, texnoloji və texniki vasitələri.

Bax, belə. Sovetlər kimi böyük, atom və dünya siyasi-hərbi qütb dövlətində heç, FHN yox idi. Və bu Nazirlik yaradılmamışdan əvvəl, Nazirlər Kabinetində Fövqəladə Hallar üzrə Komissiya fəaliyyət göstərib, ölkə də fəlakətdə batmaylb. 

Bir nazirliyi əlinə keçən aidiyyət, ya aidiyyətsiz qurumlarla, layiqli-layiqsiz kadrlarla doldurub, dövlətin büdcəsi hesabına belə 'şişirtmək' olar? Bunun da üstünə bu nazirliyin rəhbərliyinin bir neçə daha, komitə və nazirliyi öz təsirinə alma və üstəlik, saysız-hesabsız şirkət və holdinqlər saxlamasını gələndə... bunun da üstünə, xarici əlaqə, dayaqları gələndə, ortaya faktiki olaraq ayrıca "güc-iqtisadi imperiya" Oliqarxiyası çıxır. Və bu Oliqarxiya "imperiyası" dövlət büdcəsinə və inhisarçılıq yolu ilə iqtisadiyyata, kiçik-orta sahibkarlığa, xalqın cibinə nə kimi ziyan vurur?

Və sonda sual FHN naziri və bütün bu nahəng şəbəkə rəhbəri cənab, Kəmaləddin Heydərova yönəlir: bunların yaranışında məqsəd nə imiş?! Bu sual yəqin ki, xüsusilə vacib araşdırılmalıdır”.