Afrikaya bu il birbaşa xarici investisiyalar əhəmiyyətli dərəcədə azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Afrika Özəl Sərmayə və Müəssisə Kapitalı Assosiasiyası məlumat yayıb.

Bu ilin birinci yarısında Afrika şirkətlərinə birbaşa investisiyalar 900 milyon dollar təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 66% azdır.

Ən böyük investisiya həcmi - ümumi investisiyanın 39%-i Afrikanın maliyyə sektoru tərəfindən cəlb edilib.

Ekspertlər qeyd edirlər ki, qitə iqtisadiyyatına birbaşa xarici investisiyaların azalması dünya iqtisadiyyatında qeyri-müəyyənliyin davam etməsi, yüksək inflyasiya və geosiyasi gərginlik ilə bağlıdır.

 

Gözəl Həşimova