Dünyada bu il üçün adambaşına düşən sərvətin ən yüksək olduğu 10 ölkənin adı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Qlobal Sərvət Hesabatı"nda deyilir.

Araşdırmalara görə, adambaşına düşən sərvətin ən yüksək olduğu ölkə İsveçrədir. Bu ölkədə adambaşına 709 min dollar düşür.

Adambaşına düşən sərvətin ən yüksək olduğu 10 ölkə isə bunlardır:

1.İsveçrə: 709 min dollar

2.Lüksemburq: 607 min dollar

3.Honq-Konq: 582 min dollar

4.ABŞ: 564 min dollar

5.Avstraliya: 546 min dollar

6.Danimarka: 448 min dollar

7.Yeni Zelandiya: 408 min dollar

8.Sinqapur: 397 min dollar

9.Norveç: 382 min dollar

10.Kanada: 375 min dollar

 

Gözəl Həşimova