BRİCS ölkələri Türkiyənin assosiasiyada iştirakla bağlı müraciətinə baxacaqlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Türkiyənin hakimiyyət orqanları birliyə qoşulmaq üçün bir neçə ay əvvəl müraciət edib.

Bildirilib ki, assosiasiyanın genişləndirilməsi məsələsinə BRİCS-in oktyabrın 22-24-də Kazanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvət olunduğu sammitində baxıla bilər.

 

Gözəl Həşimova