Avropanın 5 ən böyük liqası sayılan Premyer Liqa, Bundesliqa, La Liqa, A Seriya və Liqa 1-də transfer dövrü avqustun 30-da başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, klublar heyətlərini gücləndirərkən, transferə ən çox pul xərcləyən Premyer Liqa təmsilçisi "Çelsi" olub. "Çelsi"ni liqanın digər komandaları "Brayton" və "Mançester Yunayted" izləyir.

"Çelsi" transferlərə 238 milyon xərclədiyi halda, satışdan 198 milyon qazanıb. "Brayton" isə 231 milyonluq xərcə qarşı 48 milyon avro qazanıb. “Mançester Yunayted” heyətini gücləndirmək üçün 214 milyon avro xərcləyib. Mançester komandası satışlarından 103 milyon avro qazanıb.

2024/25 mövsümündə Avropada transferlərə ən çox pul xərcləyən klublar:

10. "Vesthem Yunayted"

 Xərclər: 144,4 milyon avro

 Gəlir: 44,75 milyon avro

9. "Tottenhem"

 Xərclər: 148,85 milyon avro

 Gəlir: 55,30 milyon avro

8. "Napoli"

 Xərclər: 149,5 milyon avro

 Gəlir: 11,5 milyon avro

7. "Yuventus"

 Xərclər: 164,8 milyon avro

 Gəlir: 103,5 milyon avro

6. PSJ

 Xərclər: 169,2 milyon avro

 Gəlir: 71,5 milyon avro

5. "Aston Villa"

 Xərclər: 176,2 milyon avro

 Gəlir: 145 milyon avro

4. "Atletiko Madrid" 

 Xərclər: 185 milyon avro

 Gəlir: 93,9 milyon avro

3. "Mançester Yunayted"

 Xərclər: 214,5 milyon avro

 Gəlir: 103 milyon avro

2. "Brayton"

 Xərclər: 231,2 milyon avro

 Gəlir: 48,2 milyon avro

1. "Çelsi"

 Xərclər: 238,5 milyon avro

 Gəlir: 198 milyon avro