Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti olub.

Bağlanılan 176.289,86 manatlıq müqaviləyə görə, “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti Cəlilabad və Göytəpə şəhərlərində yolların əsaslı təmiri işlərini həyata keçirəcək.

Qeyd edək ki, “Elnur-2” Universal İstehsalat Kommersiya şirkəti 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Abıyev Zaur Niyaz oğludur. Şirkət cənub zonasında “tender kralı” kimi tanınır.