Naxçıvan Muxtar Respublikasındakı dövlət teatr və konsert müəssisələrinə, uşaq musiqi məktəbləri üçün musiqi alətləri alınacaq.

İqtisadiyyat.az xəbər verir ki, muxtar respublikanın Mədəniyyət Nazirliyi sifarişlə bağlı hazırlıqlara başlayıb

26 ədəd fortepiano, eyni sayda saz, 20 ədəd skripka, hərəsindən 52 ədəd olmaqla kamança, tar, qarmon və nağara, eləcə də digər musiqi alətləri sifariş edilib. 

Nazirlik musiqi alətlərinin alışının yarım milyon manata başa gələcəyini ehtimal edir.