Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi avqust ayı ərzində Bakı şəhəri və digər rayonlar üzrə ümumilikdə 44 aptekdə yoxlama aparıb.

Bu barədə İqtisadiyyat.az-a mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, yoxlama 31 aptekdə planlı, 13-də plandan kənar olub. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.4 maddə üzrə protokollar tərtib edilib.