ABŞ Senatında Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələri xarici borc limitinin üst həddinin 2021-ci il dekabrın əvvəlinə qədər artırmaq barədə razılığa gəliblər.

Bunu Demokratların Senatdakı lideri Çak Şumer bəyan edib.

Ölkənin xarici borcun üst limiti 480 milyard ABŞ dollarına qədər arıtılacaq.

ABŞ Maliyyə Naziri Canet Yellen bildirib ki, bu məbləğ 3 dekabra qədər dövlət xərclərinin maliyyələşdirməsi üçün lazımdır.

Qeyd edək ki, xarici borc limitinin üst həddi artırmaqla, büdcəyə əlavə vəsaitlər ayrılır. Lakin bu proses baş verməzsə, onda dövlətin öhdəlikləri üzrə ödənişlər üçün Maliyyə Nazirliyin heç bir qanuni əsası olmur və ödənişlər dondurulur. Nəticədə nazirliyin və ya xəzinənin pulları bitmiş hesab olunur.

Çünki onları xərcləmək üçün qanuni əsas olmur və xərclənmə istiqamətləri, həcmləri müəyyən edilmədiyinə görə faktiki olaraq büdcə böhranı yaranır.