Bu gün Azərbaycan Premyer Liqasında III tura start veriləcək.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Mövsümə uğursuz start verən “Kəpəz” “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Günün digər matçında “Səbail” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

III tur

17 avqust

18:15 Kəpəz – Turan Tovuz

Tovuz şəhər stadionu

20:30 Sumqayıt – Səbail

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu