“Ölkədə 4,5 milyon insanın işıqsız qaldığını bildirib”.

İqtisadiyyat.az xəbər verir ki bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Rusiyanın enerji infrastrukturlarına hücumlarını "enerji terroru" adlandıran lider bu hücumları düşmənin zəifliyi kimi dəyərləndirib:

"Bizi döyüş meydanında məğlub edə bilmədiklərinə görə xalqımızı belə məğlub etməyə çalışırlar. Üç ay ərzində ölkədəki elektrik stansiyalarının üçdə biri məhv edilib. Bu səbəblə əhalini elektrik enerjisindən istifadədə qənaətcil olmağa çağırıq." 

Məhəbbət Məmmədov