“121 saylı Laçın Dairə Seçki Komissiyasının 108 saylı Seçki Məntəqəsi Zabux kəndində yerləşir. Ədalət Məmmədov adına tam orta məktəbdə yerləşən seçki məntəqəsi bütün ləvazimatlarla təchiz edilib”. 

Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 121 saylı Laçın Dairə Seçki Komissiyasının 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib.

Onun sözlərinə görə, məntəqədə səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb.

“Səsvermə otağına lazım olan zəruri əşyalar qoyulub. Seçki Qanunvericiliyinə, Seçki Məcəlləsinə, eyni zamanda MSK-nın təqvim planına əsaslanan proses uğurla davam edir. Bütün prosedurlara tam əməl edərək seçki gününü gözləyirik”.