Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə bu gün “qaraçılar məhəlləsi” deyilən ərazidə qeydə alınıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.