“Ümumtəhsil müəssisələrinin I siniflərə qəbulla bağlı son hazırlıq işləri gedir”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

O bildirib ki, məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulu iyul ayından planlaşdırılır:

“Hazırda müəssisələrin Təhsil Nazirliyinə verilməsi vaxt alır. Müvafiq elektron sistemləri işlək vəziyyətə gətirmək üçün vaxt lazımdır”.

Nazirlik rəsmisi əlavə edib ki, uşaq bağçalarında tərbiyəçilərin və təhsilverənlərin işə qəbulu ilə bağlı müvafiq işçi qrup yaradılıb.