Azərbaycan boksçusu Alfonso Dominges (92 kq) bu gecə Paris-2024 Yay Olimpiya Oyunlarında final döyüşünə çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, dünya çempionu (2021-ci il) və dünya çempionatının (2023) gümüş mükafatçısı olan idmançı həlledici gürüşdə özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib və rəqibinə 0:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Lazizbek Asiya çempionu (2022) və dünya çempionatının (2023) bürünc mükafatçısıdır. 

Qeyd edək ki, bu, Domingesin ilk Olimpiya finalı olub