20 yaşını qeyd edən “Ulduz” şokolad fabriki növbəti uğura imza atıb. Belə ki, fabrik aparıcı beynəlxalq standart olan Britaniya Pərakəndə Konsorsiumundan növbəti sertifikatı əldə edib.  

Hələ illər əvvəl ölkədə ilk dəfə BRC sertfikatını almış fabrik bu dəfə qurumun ən yüksək pilləsi olan A dərəcəli sertfikatını qazanıb.

Məlumat üçün bildirək ki, dünyanın ən çətin yoxlama sisteminə malik olan BRC-nin yüksək dərəcəli A sertfikatını almaq üçün istənilən istehsalat müəssisəsi üç şərtə cavab verməlidir:

  • qida təhlükəsizliyi;
  • məhsulların yüksək keyfiyyəti;
  • müəssisədəki bütün prosedurların Avropa Birliyi standartlarına uyğunluğu.

İllərlə keyfiyyətli məhsul istehsalını təmin edən “Ulduz” şokolad fabriki də bu sertifikatı almaqla, yuxarıdakı şərtləri ödədiyini bir daha sübut etmiş olur.

Beynəlxalq Qida Təhlükəsizliyini əhatə edən bu sertifikatın verdiyi üstünlüklərdən biri də odur ki, fabrikin  xaricdəki partnyorları və müştəriləri arasındakı güvən və qida təhlükəsizliyi üzrə etibarı təmin edərək, ixracatı təşviq edir.

Qeyd edək ki, 2001-ci ildə yaradılan “Ulduz” şokolad fabriki bu gün ölkənin keyfiyyət, çeşid və texnologiya baxımından aparıcı milli brendi olmaqla yanaşı, həm də 20-dən çox xarici ölkəyə məhsul ixrac edərək “Made in Azerbaijan” brendinin xaricdə tanınmasını təmin edir.