Ukrayna hakimiyyəti prezident Volodimir Zelenskinin daha əvvəl imzaladığı məhbusların “Ukrayna Silahlı Qüvvələrinə könüllü səfərbər edilməsi haqqında qanun” sayəsində 15 minə yaxın insanı cəlb etməyin mümkün olacağını gözləyir.

İqtisadiyyat.az xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Denis Malyuska "Financial Times" qəzetinə müsahibəsində bildirib.

O qeyd edib ki, ilk mərhələdə Ukrayna ordusuna 5 minə yaxın məhkumun qoşulacağı gözlənilir. Malyuska qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin komandirləri artıq əsgərlərin axtarışı üçün koloniya və həbsxanalara baş çəkiblər.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq istəyən 2872 nəfər həbsdən azad edilib.

 

Gözəl Həşimova