Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununa çıxıb.
İqtisadiyyat.az xəbər verir ki, rəqib Birləşmiş Ərəb Əmirliklərinin əsas liqasında çıxış edən "Şabab Əl Əhli" klubu olub.
Matç "atlılar"ın 5-2 hesablı qələbəsi ilə başa çatıb. Matçda "Qarabağ" qollarını Yassin Benzia, Leandro Andrade və Abdullah Zubir (3) vurub.