Türkiyədə may ayında işsizlik nisbəti 0,1 bənd azalaraq 8,4% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Hesabat dövründə 15 yaşdan yuxarı olan işsizlərin sayı 27 min nəfər azalaraq 3 milyon 11 min nəfərə enib. İşsizlik səviyyəsinin kişilər üçün 7 faiz, qadınlar üçün isə 11 faiz olduğu təxmin edilib.

2024-cü ilin may ayında məşğul əhalinin sayı aprel ayı ilə müqayisədə 273 min nəfər artaraq 32 milyon 920 min nəfərə, məşğulluq səviyyəsi isə 0,4 bənd artaraq 50% faizə çatıb.

 

Gözəl Həşimova