Yaponiyanın avtomobil konserni “Toyota”nın 2021-ci maliyyə ilində xalis mənfəəti 26,9% artaraq 2,85 trilyon yenə (21,8 milyard dollar) çatıb.

​Məlumata görə, şirkət ötən il 10 milyon 495 min 548 avtomobil satıb ki, bu da dünya üzrə ən yüksək göstəricidir.

Əlavə edək ki, bu dövrdə yeni avtomobillərin istehsalı 2020-ci illə müqayisədə 9,4% artaraq 10 milyon ədədi ötüb.