Saat dünyasının iki nəhəng adının gözlənilməz əməkdaşlığı nəticəsində 11 ədəd “MoonSwatch” adlı saat kolleksiyasına nəfəs verməsi “Omega” və “Swatch” saatlarının pərəstişkarlarını sevindirdi.

Məşhur “Omega Speedmaster Moonwatch”un dəqiq ölçüsünü - 42 mm və dizaynını saxlayaraq, onlar kvars mexanizmli biokeramik korpusa malik və qiyməti cəmi 480 manat olan saat yaratdılar.

Dünyanın çox az ölkəsində satışa çıxarılan “MoonSwatch” saat həvəskarları tərəfindən izdihamla və təqdim olunan mağazalar qarşısında uzun növbələrlə qarşılandı. Hazırda “MoonSwatch” yalnız müxtəlif qitələrin 35 ən vacib və aparıcı ölkəsində təqdim olunur. Məsələn, MDB, Orta Asiya, aparıcı Avropa ölkələrində belə olmamasına baxmayaraq, Avropa iqtisadiyyatı və mədəniyyətinin XXI əsrdə parlaq nümayəndəsi “Swatch” “MoonSwatch” üçün növbəti ölkə Azərbaycanı seçdi.

“MoonSwatch” “Swatch”un Azərbaycanda rəsmi nümayəndəsi olan VMF şirkətinin yalnız “Dəniz Mall” ticarət mərkəzində yerləşən butikində yaxın günlərdə satışa çıxarılacaq.

“MoonSwatch” istədiyiniz planetə çatmağa imkan verəcək və planetlərin adını daşıyan 11 BIOCERAMIC saatdan ibarət, kosmosdan ilhamlanaraq yaradılan kolleksiyadır.

“Moonwatch” saat kolleksiyaçıları üçün “Omega Speedmaster” bir əfsanədir. BIOCERAMIC “MoonSwatch” kolleksiyası isə öz simvolik dizaynını hər yerdə pərəstişkarları üçün əlçatan edəcək. Modellərin dizaynı 2/3 keramika və 1/3 gənəgərçək yağından əldə edilən məhsulun unikal birləşməsindən ibarət olan patentləşdirilmiş biokeramik adlanan materialadan hazırlanmışdır. Modellərdə çəhrayı və solğun mavi rənglərin olmasına baxmayaraq, bu saatlar standart “Omega Speedmaster” saatları deyil və “Moonwatch” həvəskarları çətin də olsa, saatları fərqləndirə bilərlər.

“Moonwatch” saatlarının dizayn xüsusiyyətləri bunlardan ibarətdir: asimmetrik korpus, 90-dan yuxarı məşhur taxometr göstəricisi və fərqləndirici speedmaster siferblatları. Bütün bu sadalananlar mükəmməl qaydada işləyir.

Yeni “MoonSwatch” kolleksiyası isə parlaq rənglərdə təqdim olunub. Hər bir “MoonSwatch”da özünün missiya bəyanatı, ruhlandırıcı oymaları və siferblat ilə tacda birləşmiş OMEGA X SWATCH loqoları yer alır. Hər bir saatın batareya qapağında planet rəsmi təsvir edilib. Kosmik kostyum üçün nəzərdə tutulan “Velcro” kəmər astronavt tərzinə son mükəmməl element kimi təqdim edilib.

"Planetlərə çatmaq istəyənlər”i “MoonSwatch” kolleksiyası VMF Swatch “Dəniz Mall” butikində gözləyir!

KOLLEKSİYALARI KƏŞF EDİN:

Urana səyahət – Yunan səma tanrısına solğun mavi rənglə ehtiram

image-20221013154603-2.jpeg

Plutona səyahət – Boz və tünd qırmızı rəngli "cırtdan" planetə həsr olunub

image-20221013154655-3.jpeg

Veneraya səyahət – Balaca oval siferblatlar ilə çəhrayı rəngdə sevgi planetininə həsr olunur.

image-20221013154717-4.jpeg

Yerə səyahət – Mavi və yaşıl rənglər ilə dəyərli planetimizi qeyd edir.

image-20221013154746-5.jpeg

image-20221013154825-6.jpegMarsa səyahət – Xüsusi “Alyaska Layihəsi” əqrəbləri ilə al-qırmızı saat.

image-20221013154853-7.jpeg

image-20221013154914-8.jpeg

Saturna səyahət – 6-saat üzərində Saturnun halqaları ilə bəzədilmiş möhtəşəm bej saat.

image-20221013154954-9.jpeg

image-20221013154954-10.jpeg

Neptuna səyahət – Buz nəhəngini “dondurucu” tünd mavi rəng ilə qeyd edir.

image-20221013155028-11.jpeg

Yupiterə səyahət – Qəhvəyi rəng ən böyük planeti qürurla təqdim edir.

 image-20221013155107-12.jpeg

Aya səyahət – Əsas səbəbkarın orijinal SpeedMaster siferblatı ilə əkizliyi.

image-20221013155138-13.jpeg

Günəşə səyahət – Həyatımızı işıqlandıran parlaq sarı rəngi bu tərzdə möhtəşəm təqdim edir.

image-20221013155200-14.jpeg

 

 

Ünvan: Dəniz Mall 1ci mərtəbə, Swatch mağazası

Əlaqə: +994 50 257 80 27

Satış nümayəndəsi: Nəzrin Abdullayeva