Şərqi Avropa ölkələri təxminən 130 milyard avro ayıraraq ən azı 12 atom elektrik stansiyası tikməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, Çexiyadan Rumıniyaya qədər olan ölkələr bəzilərinin “əsrin ən böyük layihəsi” adlandırdıqları təşəbbüsü həyata keçirmək üçün planlar hazırlayırlar.

Bildirilib ki, Avropa İttifaqının karbon neytrallığına nail olmaq və ümumilikdə Şərqi Avropa ölkələrindən asılılığını azaltmaq istəyi fonunda regiondakı hökumətlər də yeni nüvə obyektlərinin tikintisinə siyasi dəstək verib.

Lakin bu planların həyata keçirilməsi maneələrlə çətinləşir. Belə ki, Şərqi Avropanın belə irimiqyaslı layihələri həyata keçirmək üçün texniki səriştəsi və maliyyə resursları yoxdur.

 

Gözəl Həşimova