Azərbaycan hökuməti Qarabağdakı tikinti-quruculuq işlərində dost və tərəfdaş ölkələrin şirkətlərinin cəlb olunması istiqamətində addımlar atır və bu proses həmin ölkələrin şirkətlərinin iştirakı ilə həyata keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov "Rebuild Karabakh" sərgisinin açılışında çıxışı zamanı bildirib.

"Sözügedən fəaliyyət istiqamətində İqtisadiyyat Nazirliyinə 1200-dən artıq layihə üzrə müraciət daxil olub. Bunun da 400-dən çoxu xarici şirkətlərin payına düşür", - deyə nazir müavini bildirib.