Bu ilin iyul ayında Rusiya mehmanxanaları, sanatoriyaları və digər yerləşdirmə obyektləri 9,99 milyon qonaq qəbul edib ki, bu da rekord səviyyə hesab olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu ilin yanvar-iyul aylarında ölkəyə səfər edən turistlərin sayı 48,7 milyon nəfərə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% çoxdur.

Bildirilib ki, bu ilin 7 ayı ərzində turistlərin otellərdə qalma müddəti orta hesabla dörd gecə olub.

 

Gözəl Həşimova